Xəbərə foto əlavə edilib
***
saat 15.02
Qaxda zəncirvarı qəzada xəsarət alanlardan 3-ü bir ailənin üzvüdür.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qax rayonu Güllük kənd sakinləri - “VAZ-2106”nın sürücüsü 44 yaşlı Eşqin İsmayılov və onun ailə üzvüləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılovu qəzada xəsarət alıb.
Digər xəsarət alan şəxs isə “Honda” markalı avtomobilin sərnişini, 30 yaşlı Ayşən Əliyevadır.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
***
saat 12.29
Qaxda zəncirvarı yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə saat 11 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı ümumilikdə 4 nəfər xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.