Qaxda kütləvi zəhərlənmə olub.
Lent.az xəbər verir ki, hadisə Ləkit kəndində baş verib.
39 yaşlı Vaqif Süleymanov, onun xanımı 37 yaşlı Röyanə, eləcə də, onların 15, 13 və 7 yaşlı övladları işıq generatorundan ayrılan dəm qazının evə daxil olması nəticəsində zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.