Qax sakini şəlalədən yıxıldı  - VİDEO  - YENİLƏNİB
09 may 2025 17:16 (UTC +04:00)

Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər bədən xəsarətləri alan 62 yaşlı E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

***
16:46

Lerikə turla gedən 62 yaşlı qadın hündürlükdən yıxılaraq xəsarət alıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Lerik rayonunun Sıvakəran kəndi ərazisində baş verib.

Qax rayon sakini 62 yaşlı Elmira Vaqif qızı Abbasova turla Lerik rayonuna səfər edib. Qrup üzvləri Sıvakəran kəndi ərazisində olan şəlaləyə baxmağa gedərkən E.Abbasovanın ayağı sürüşərək hündürlükdən yıxılıb.

Dərhal əraziyə FHN Cənub Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasediciləri cəlb olunub. Xilasedicilər meşənin 500 metr dərinliyə qədər olan yolu piyada qət ediblər və xəsarət alan şəxsə elə yerindəcə ilkin tibbi xidmətlər göstəriblər. Sonra xüsusi avadanlıq vasitəsilə E.Abbasovanı çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5502

Oxşar yazılar