"Qarabağ"ın oyununa qanunsuz bilet satan 29 nəfər TUTULDU  - YENİLƏNİB
18 avqust 2022 10:42 (UTC +04:00)

"Qarabağ"ın oyununa qanunsuz bilet satan 29 nəfər TUTULDU - YENİLƏNİB

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları  tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

***
17.08.2022

Saat: 17:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məklumata görə, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

# 3441
avatar

Mehman Nəbiyev

Oxşar yazılar