Vyetnamlı qadının dərisinin altında parazit qurdlar yaranıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı Hanoylu qadın sevimli yeməyi olan çiy qan və bişmiş ətdən ibarət yerli ləzzət olan “Tiet canh”ı yeyib.
Yedikdən qısa müddət sonra xəstəxanaya çatdırılıb. Qadının şiddətli baş ağrıları başlayıb, bundan əlavə, heç bir səbəb olmadan bir neçə dəfə yıxılıb. İlkin simptomlar insultdan xəbər verib. Lakin KT müayinəsi xəstənin parazitlərə yoluxduğunu göstərib. Bədəninə daxil olan qurdlar dərisinin altına toplaşaraq beyninə nüfuz edə bilib.
O, etiraf edib ki, ayda bir dəfə bu yeməyi yeyir və həmişə özü bişirir. "Düşündüm ki, yeməyi özüm hazırladığım üçün mütləq təmiz olacaq, ancaq infeksiyaya tutulacağımdan xəbərsiz idim" deyib.
Qadını müalicə edən həkim qeyd edib ki, o, infeksiyanın ilkin mərhələsində xəstəxanaya çatdığı üçün çox şanslı olub. O, həmçinin Vyetnamda bir çox insanın problemin əslində parazitlər olduğunu bilmədən nevroloji simptomlar üçün psixiatriya xəstəxanalarında illərlə yatdığını söyləyib.