Qadın və kişini maşın vurub öldürdü
15 oktyabr 2022 18:52 (UTC +04:00)

Qadın və kişini maşın vurub öldürdü

Oktyabrın 14-də iki piyadanı avtomobil vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, saat 18 radələrində Şəki şəhəri ərazisində S.İlyasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Səadət Abbasovanı vurub.

Saat 19 radələrində isə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini H.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Zobucuq-2 qəsəbə sakini Asəf Teymurovu vurub.

Nəticədə piyadalar hadisə yerində ölüblər.

Hər iki faktla bağlı rayon Polis Şöbələrində araşdırma aparılır. 

 

# 2541
avatar

Oxşar yazılar