Qəbələdə evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 4230 manat dəyərində su qızdırıcısı, kombi, paltaryuyan, tozsoran, samovar, mirvari boyunbağı, 2 ədəd televizor və 2 ədəd xalça oğurlanıb.
Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Y.Rəhmanlı və Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.