Taylandda bir qadın 12 nəfəri zəhərləyib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Taylandın paytaxtı Banqkokda baş verib.
Sararat Rangsiwuthaporn adlı qadın keçmiş sevgilisi də daxil olmaqla 12 dostunu zəhərləyərək öldürməyə çalışıb.
Rangsiwuthaporn sonuncu dəfə iki həftə əvvəl dostu Siriporn Xanvonqla tətilə gedib və Xanvonq çay sahilində huşunu itirərək dünyasını dəyişib. Tayland polisindən verilən açıqlamada məhkəmə-tibbi ekspertiza zamanı Xanvonqun bədənində sianid aşkar edildiyi, telefonunun, pulqabısının və çantasının da itdiyi qeyd edilib.
Əldə olunan məlumatlara görə, bu hadisə 2020-ci ildən başlayıb. Bütün qurbanların eyni şəkildə öldüyü məlum olduqdan sonra polis cinayət araşdırmalarını gücləndirib.
Məlum olub ki, ölənlər arasında iki polis var.
Qeyd edək ki, Sararat Rangsiwuthaporn əməliyyat-axtarış tədbirlərindən sonra polis tərəfindən saxlanılaraq həbs edilib.