Prokurorluqdan "Tərtər işi" ilə bağlı MÜRACİƏT:  "452 nəfər..."
01 mart 2023 15:57 (UTC +04:00)

Prokurorluqdan "Tərtər işi" ilə bağlı MÜRACİƏT: "452 nəfər..."

Bəzi sosial media səhifələrində şərti olaraq “Tərtər işi” adlandırlan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı  700 nəfər göstərilsə də, bildiririk ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir.

Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur.

# 1557
avatar

Oxşar yazılar