Postda ələ keçirilən narkotik
09 avqust 2021 11:48 (UTC +04:00)

Postda ələ keçirilən narkotik

Postda saxlanılan maşından görün nələr çıxdı - FOTO

Abşeronda polis postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən heroin aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin daxil olmuş əməliyyat məlumatı əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının stasionar postunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat zamanı Cəlilabad rayon sakini Adıgözəl Quliyev saxlanılıb. Onun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin solunundan 80 qram heroin aşkar olunaraq götürülüb. Adıgözəl Quliyev ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini və Bakı şəhərinə apardığını bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Mehman Nəbiyev

Oxşar yazılar