Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Rafael Bayramovun polis orqanına dəvət edilməsi ilə bağlı iddialar yayılıb.
İddialara cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, R.Bayramov narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu üçün aprelin 28-də polis orqanına dəvət olunub, onunla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.
O, məlum paylaşımla bağlı bu gün yenidən polis orqanına dəvət edilib, həmin paylaşımı əsəbiləşib qərəzli yazdığını, hazırda şikayətinin olmadığını bildirib.
Qeyd edək ki, R. Bayramov sosial şəbəkədə məlumat yayaraq, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı polisə dəvət olunduğunu və ondan pul alınaraq sərbəst buraxıldığını bildirib. Daha sonra o, növbəti paylaşımında həmin iddiaları qərəzli olaraq yazdığını dilə gətirib.