Polisə müqavimət göstərən "avtoş" saxlanıldı - VİDEO
09 avqust 2024 09:53 (UTC +04:00)

Polisə müqavimət göstərən "avtoş" saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb. 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayılan görüntülərə aydınlıq gətirlib. 

Bildirilib ki, avqustun 8-də saat 17:30-da paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə "VAZ-2107" markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq, əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü 29 yaşlı Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar