Bu şəxslər metapnevmavirusu daha ağır keçirir - XƏBƏRDARLIQ
15 yanvar 2025 14:45 (UTC +04:00)

Bu şəxslər metapnevmavirusu daha ağır keçirir - XƏBƏRDARLIQ

İnsan metapnevmavirusu (hMPV) əsasən, öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş səthlərə toxunmaqla yayılır.

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisindən bildirilib.

“Əksər hallarda simptomlar yüngül olur və adi soyuqdəyməyə bənzər şəkildə müşahidə edilir. Bununla yanaşı, gənc uşaqlar, immun sistemi zəif şəxslər və yaşlı insanlar üçün xüsusilə, astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (XOAX) və ya emfizema kimi mövcud ağciyər xəstəlikləri olan şəxslər daha ağır nəticələr riski ilə üzləşə bilər”, - məlumatda deyilir./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Oxşar yazılar