Azərbaycanda istirahət günləri qeydə alınan cinayətlərin statistikası açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 116 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 53 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb.