Polis polkovnik leytenantı saxlanıldı,  evində əməliyyat keçirildi
11 sentyabr 2024 19:33 (UTC +04:00)

Polis polkovnik leytenantı saxlanıldı, evində əməliyyat keçirildi

Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin əməkdaşı 31,5 milyon rubl (təxminən 589 min 50 manat) məbləğində külli miqdarda dələduzluqda şübhəli bilinib. Söhbət 40 yaşlı polis polkovnik-leytenantı Denis Xrupindən gedir.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, dələduzlar 2022-ci ildə biznesmenə Leninqrad vilayətinin Vsevolojsk rayonunda meşə fonduna aid olan və federal mülkiyyətdə olan torpaq sahəsi almağı təklif ediblər. 45 milyon rubl (təxminən 841 min 500 manat) müqabilində onlar torpaq sahəsinin əkinçilik torpaqları kateqoriyasına keçirilməsinə nail olmaq və sahibkara ona sahib olmaqda köməklik etmək vəd ediblər.

Fırıldaqçılar iş adamına prosesin yaxşı getdiyini bildiriblər və ondan tələb olunan məbləğdən 31.5 milyon rubl alıblar. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, Baş Polis İdarəsinin mühafizə xidmətinin əməkdaşları tərəfindən bu cinayətin istintaqı zamanı dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilib. Bu məlumat dərhal istintaq orqanlarına ötürülüb. Əməliyyat-axtarış materialları əsasında cinayət işi başlanıb.

Məlumata görə, sahəsi 9 hektar olan bu torpaq sahəsi Leskolovo kəndi yaxınlığında yerləşir, onun kadastr dəyəri 91 milyon rubl (təxminən 1 milyon 701 min 700 manat) təşkil edir. İş üzrə təqsirləndirilən şəxslər Xrupindən başqa, 42 yaşlı Sankt-Peterburq sakini Konstantin Oşlakov və Leninqrad vilayətinin Kirovski rayonunun 39 yaşlı sakini Anton Pustovitdir. Qeyd olunur ki, FSB əməkdaşları polkovnik-leytenantın mənzilində axtarış aparıb və o, saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 63885
avatar

Oxşar yazılar

Sumqayıtda parkda  kişi meyiti  tapıldı

Sumqayıtda parkda kişi meyiti tapıldı

14 oktyabr 2024 , 22:26
32 dişi çıxarılan  qadının ürəyi dayandı

32 dişi çıxarılan qadının ürəyi dayandı

14 oktyabr 2024 , 19:59
Tarix Əliyev ÖZÜNÜ ASDI

Tarix Əliyev ÖZÜNÜ ASDI

14 oktyabr 2024 , 19:20
Qonşusunu öldürmək üçün  öz evini partlatdı 

Qonşusunu öldürmək üçün öz evini partlatdı 

14 oktyabr 2024 , 18:15
Baş Prokurorluq hərbi komissarların həbsi barədə MƏLUMAT YAYDI

Baş Prokurorluq hərbi komissarların həbsi barədə MƏLUMAT YAYDI

14 oktyabr 2024 , 15:45
Bakıda moped  oğurlandı

Bakıda moped oğurlandı

14 oktyabr 2024 , 14:47
Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

14 oktyabr 2024 , 14:08
Polis postunda maşınını yandıracağını  dedi, SAXLANILDI

Polis postunda maşınını yandıracağını dedi, SAXLANILDI

14 oktyabr 2024 , 13:55