Polis əməliyyat keçirdi: 24 kilodan çox  narkotik aşkar edildi
10 aprel 2023 10:37 (UTC +04:00)

Polis əməliyyat keçirdi: 24 kilodan çox narkotik aşkar edildi

0

Polis əməkdaşlarının aprelin 8-də və 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr –  24,3 kiloqramdan çox  marixuana, 190 qrama yaxın heroin, 60 qrama yaxın tiryək, 50 qramdan çox metamfetamin, 640 ədəd metadon həbi, 154 ədəd çətənə kolu olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1566

Oxşar yazılar