“Planet” və “Ruslan” restoranı da cərimələndi -FOTO
30 iyul 2021 09:49 (UTC +04:00)

“Planet” və “Ruslan” restoranı da cərimələndi -FOTO

Zaqatalada restoran  icarədarları cərimələnib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi  məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı  obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı )  barəsində protokollar tərtib olunaraq cərimələniblər.

# 1431
avatar

Oxşar yazılar