Keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələnib.
Daxili İşlər Nazilriyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabadda yol polisi əməkdaşları tərəfindən rayon ərazisində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib və barələrində inzibati protokol tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.