Piyada “Koroğlu” metrosunun yanında  KOMAYA  düşdü - VİDEO
20 oktyabr 2021 00:32 (UTC +04:00)

Piyada “Koroğlu” metrosunun yanında KOMAYA düşdü - VİDEO

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib.
Belə ki, 41 yaşlı Əli Əliyev yolu keçərkən onu avtomobil vurub. Yaralı komatoz vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

# 2733
avatar

Oxşar yazılar