Çelyabinsk vilayətinin Plastovski rayonunda Sonya adlı pişik fərdi evdə yanğın zamanı azyaşlı sahibini xilas edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisənin Radiomayka kəndində baş verdiyi bildirilir. Yanğın zamanı uşağın valideynləri evdə olmayıb, azyaşlı qız isə yatıb və tüstü iyi hiss etməyib. Ev heyvanı var gücü ilə otağın qapısını qaşımağa başlayıb və onu oyatmağa nail olub.
“Qapını açan və qatı tüstü görən uşaq Sonyanı qucağına alaraq pəncərədən çıxaraq xilas olub. Xoşbəxtlikdən həm qız, həm də pişik xəsarət almayıb”, - Fövqəladə Hallar Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsindən bildiriblər.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər.
Məlum olub ki, yanğına səbəb mətbəxdəki elektrik sayğacındakı qısaqapanma olub.