Pensiyasını bərpa etmək istəyən Bakı sakininin başına OYUN GƏLDİ
10 mart 2023 13:38 (UTC +04:00)

Pensiyasını bərpa etmək istəyən Bakı sakininin başına OYUN GƏLDİ

Bakı sakininə qarşı dələduzluq edilib.

Lent.az xəbər verir ki, təqaüdünün yenidən bərpa edilməsini istəyən Mobil Qasımov dələduzluqla üzləşib. Belə ki, bu işdə ona kömək edəcəyini deyən Elşən İbrahimov onun 7 min manatını əlindən alıb.

Aldadıldığını görən zərərçəkmiş polisə üz tutub. Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə E. İbrahimov saxlanılıb.

O, əməlini etiraf edib və zərərçəkmişə dəyən ziyan tam ödətdirilib.

# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar