Özünü xəstəliyə vuran  erməni polkovnik həbs edildi
18 aprel 2023 11:52 (UTC +04:00)

Özünü xəstəliyə vuran erməni polkovnik həbs edildi

0

Ermənistanda hərbi hissə komandirinin müavini həbs edilib.

Lent.az erməni mediasına istinadla bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib.

İttihama görə, Ermənistan ordusunun polkovniki Dağlıq Qarabağda 44 günlük müharibə zamanı özünü xəstəliyə vurub.

İstintaq Komitəsindən verilən məlumata görə, ibtidai istintaq zamanı hərbi hissə komandiri müavininin müharibə zamanı oktyabrın 10-dan noyabrın 3-dək xəstələnərək, tibb müəssisəsində stasionar müalicədə qalması müəyyənləşib.

O, 2 ay müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1497

Oxşar yazılar