Özünü polis kimi təqdim etdi, sürücülərə kələk gəldi - VİDEO
25 aprel 2023 16:11 (UTC +04:00)

Özünü polis kimi təqdim etdi, sürücülərə kələk gəldi - VİDEO

Özünü polis əməkdaşı kimi təqdim edib taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş şəxs Binəqədi rayonunda saxlanılıb.

Daxil İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə saxlanılıb.

Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Araşadırmalar zamanı müəyyən edilib ki, Zeynalabdin Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi Polis Bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Zeynalabdin Məlikzadənin qeyd etdiyi Polis Bölməsinə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib. Zeynalabdin Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Zeynalabdin Məlikzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, Zeynalabdin Məlikzadə bundan əvvəl də əmlak alqı-satqısı saytlarında saxta elanlar yerləşdirərək vətəndaşları dələduzluq yolu ilə aldatdığı üçün məhkum olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Fidan İlqar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21