Sabirabdda odlu silahla şəkil çəkdirən cərimələnib.
Lent.az xəbər verir ki, 27 yaşlı Quruzma kənd sakini Malik İbadov (ad və soyad şərtidir) evə gedərkən polis əməkdaşları ona yaxınlaşıb və nəyə görə ov tüfəngi ilə şəkil çəkdirdiyini soruşublar.
Malik isə bu əməldə özünü təqsirli bilməyib və polisə tabe olmayıb.
Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Sabirabad rayon Məhkəməsində hakim Səlim Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Malik İbadov barəsində 150 manat cərimə cəzası təyin olunub.