Nömrə yerinə “Qatil 78 leş”  yazan sürücü saxlanıldı
19 fevral 2024 17:41 (UTC +04:00)

Nömrə yerinə “Qatil 78 leş” yazan sürücü saxlanıldı

0

Bakıda dövlət nömrə nişanı yerinə "Qatil 78 leş" yazan sürücü saxlanılıb. 

Lent.az xəbər verir ki, paytaxt küçələrində hərəkət edən “Prius” markalı avtomobil üzərindəki yazı ilə hamının diqqətini özünə çəkib.

Avtomobilin dövlət qeydiyyat nişanının yerində yazılmış “Qatil 78 leş” sözləri polisi də hərəkətə keçirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Lent.az-a bildirib ki, sosial şəbəkə seqmentlərində yayımlanan görüntü ilə əlaqədar olaraq sözügüdən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 13036

Oxşar yazılar