“Niko sayağı”ya HÖKM OXUNDU  - 5 il cəza -YENİLƏNİB
07 mart 2024 10:07 (UTC +04:00)

“Niko sayağı”ya HÖKM OXUNDU - 5 il cəza -YENİLƏNİB

"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Nicat Şakirliyə 5 il cəza verilib. O cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

***

10:01

"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə Nicat Şakirlinin vəkili çıxış edib. 

Vəkil məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə maddələri dəyişərək şərti cəzanın verilməsini istəyib. 

Daha sonra, Nicat Şakirliyə son söz demək üçün şans verilib.

"Niko sayağı" bildirib ki, Allah onun cəzasını verib artıq:

"Mən hadisədən özümü təqsirli bilirəm. Ölən mənim öz qardaşımdan fərqlənmir. Onun ailəsindən dəfələrlə üzr istəyirən. Allah cəzamı verib onsuz da. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Bundan sonra verilən hər bir cəzaya razıyam".

Hakimlər qərar vermək üçün müşavirəyə yollanıblar.

Ötən prosesdə dövlət ittihamçısı Nicat Şakirlinin 6 il azadlıqdan məhrum edilməsini istəmişdi. 

Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.

Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

# 5931
avatar

Fidan İlqar

Oxşar yazılar