Nərman Qocatürkün SON MƏKTUBU üzə çıxdı -YENİLƏNİB
19 noyabr 2026 17:09 (UTC +04:00)

Nərman Qocatürkün SON MƏKTUBU üzə çıxdı -YENİLƏNİB

0

Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) intihar etdiyi bildirilir.

Lent.az-ın “Bakupost”a istinadən məlumatına görə, Nəriman Süleymanovun ölümündən əvvəl yazdığı iddia edilən müraciət üzə çıxıb.

Məlumata əsasən, müraciət ötən gün axşam saatlarında Prezidentə ünvanlanıb. N.Süleymanov müraciətində noyabrın 12-dən etibarən “Tələbə mediası” adlı səhifədə ona qarşı böhtan kampaniyası aparıldığını iddia edib.

O bildirib ki, barəsində bir qrup qıza qarşı qeyri-etik hərəkətlərə yol verməsi ilə bağlı ittihamlar səsləndirilib. N.Süleymanov bu iddiaları rədd edərək, onları təsdiqləyən heç bir sübutun olmadığını vurğulayıb.

N.Qocatürk yazıb ki, yayılan ittihamlar təkcə onun deyil, ailəsinin də nüfuzuna xələl gətirib.

Müraciətdə o, yaşadığı vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib və ona qarşı ittihamların yayılmasında məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsini istəyib.

Qeyd edək ki, Nəriman Süleymanov ötən gün vəfat edib. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı idi.

Cütlüyün iki oğlu var.

 

***

12:37

 

“İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Lent.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Şərəf Cəlili Kult.az-a açıqlamasında həyat yoldaşı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatından danışarkən deyib.

“Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, – deyə Ş.Cəlili bildirib və əlavə şərh verməkdən imtina edib.

Ehtimal olunur ki, Şərəf Cəlili bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı nəzərdə tutub. Lakin onun açıqlamasının konkret olaraq hansı hadisə ilə əlaqəli olduğu hələlik məlum deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl N.Süleymanovun adı tələbələrə qarşı qeyri-etik davranışlarla bağlı iddialarda hallanmışdı.

Nəriman Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. O, 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra fəaliyyətini BDU-da davam etdirib. Universitetin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi olub.

Həmin kafedranın müdiri sabiq millət vəkili, professor Rəbiyyət Aslanovadır.

***

11:11

Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nərman Qocatürkün (Nərman Salman oğlu Süleymanov) meyiti tapılıb.

Lent.az -nın əldə etdiyi məlumata görə, onun meyiti noyabrın 18-də Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən mənzildə aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə BDU-nun bir tələbəsi sosial şəbəkələrdə Nərman Qocatürkə qarşı ittihamlar səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3700

Oxşar yazılar