"Neftçi"nin bazasına  hücum edənlər   saxlanıldı
04 mart 2024 19:25 (UTC +04:00)

"Neftçi"nin bazasına hücum edənlər saxlanıldı

“Neftçi” futbol komandasının Xətai rayonunda yerləşən bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları ictimai asayişi pozan şəxsləri - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən edərək saxlayıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.

# 2742
avatar

Oxşar yazılar