Nazir müavini yanğınlarla bağlı Türkiyəyə getdi
02 avqust 2021 10:46 (UTC +04:00)

Nazir müavini yanğınlarla bağlı Türkiyəyə getdi

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyəti yanğınlarla bağlı Türkiyəyə gedib.

Lent.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686
avatar

Oxşar yazılar