Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mikrorayon adlanan ərazisində qeydə alınıb.
Belə ki, yolu keçən 2004-cü il təvəllüdlü Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub. Naxçıvan Muxtar Respublika Xəstəxasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.