Naxçıvanda qəza: Bir ailədən dörd nəfər
15 sentyabr 2023 01:59 (UTC +04:00)

Naxçıvanda qəza: Bir ailədən dörd nəfər

Naxçıvan-Sədərək magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gecə magistralın Duzdağ yoluna yaxın ərazisində qeydə alınıb.

Belə ki, "BYD" markalı avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2-si azyaşlı olmaqla, bir ailənin 4 üzvü xəsarət alıb.

Hadisə zamanı xəsarət alan Kəngərli rayon Qıvraq qəsəbə sakinləri, 1959-cu il təvəllüdlü Quliyev Əli Səfər oğlu, 1985-ci il təvəllüdlü Quliyev Xəyal Eli oğlu, 2009-cu il təvəllüdlü Quluzadə Elmin Xəyal oğlu və 2010-cu il təvəllüdlü Quluzadə Emin Xəyal oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Onların ikisinin vəziyyətin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar