Naftalanda 54 yaşlı  kişinin meyiti tapıldı
11 fevral 2026 23:01 (UTC +04:00)

Naftalanda 54 yaşlı kişinin meyiti tapıldı

0

Naftalanda yaşayış evində 54 yaşlı kişinin meyiti aşkarlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Bildirilib ki, Laçın rayon sakini, 1972-ci il təvəllüdlü R. Həsənovun meyiti Naftalanda yaşadığı evdə tapılıb. Ölümün səbəbi hələ məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar