Müğənni Kərimi toyda fonaqramma üstündə DÖYDÜLƏR  - YENİLƏNİB
11 sentyabr 2024 11:24 (UTC +04:00)

Müğənni Kərimi toyda fonaqramma üstündə DÖYDÜLƏR - YENİLƏNİB

Müğənni Kərimin toyda döyülmə səbəbi məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib. 

Nəticədə müğənnini döyüblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırma davam etdirilir.

***

saat 10:22

Müğənni Kərim toyda döyülüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb. 

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. 

Araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5271
avatar

Mehman Nəbiyev

Oxşar yazılar