Motosikleti yük maşınına çırpan sürücü öldü -  YENİLƏNİB  - FOTO
01 iyul 2021 09:36 (UTC +04:00)

Motosikleti yük maşınına çırpan sürücü öldü - YENİLƏNİB - FOTO

Lənkəranda qəzada ölən motosikletçinin kimliyi məlum olub. Bu, Qızılağac kənd sakini, 64 yaşlı İsayət Hidayət oğlu Əhmədovdur. Motosikleti arxadan vuran "Shacman"ın sürücüsü isə 24 yaşlı Şaiq Ramiz oğlu Quluzadədir.

***

08:25

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, qəza Girdəni kəndində qeydə alınıb.

“Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar