Moskvada terror törədənlərin  ikisi öldürülüb   - BBC
24 mart 2024 00:52 (UTC +04:00)

Moskvada terror törədənlərin ikisi öldürülüb - BBC

Moskva yaxınlığındakı “Crocus City Hall”da atışma təşkil edən terror qruplaşmasının azı iki üzvü öldürülüb. 

Lent.az bildirir ki, bu barədə BBC-nin rus redaksiyası Rusiya təhlükəsizlik qüvvələrinin əməliyyatlarının gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, terrorçulardan biri kinoteatrın tamaşa zalında öldürülüb. Onu dəqiq kimin öldürdüyü açıqlanmır. Qrupun ikinci üzvü Rusiya təhlükəsizlik qüvvələrinin terror aktını törədənlərin ola biləcəyi avtomobili saxladığı Bryansk vilayətində ölüb.

BBC iddia edir ki, Bryansk vilayətində öldürülən şəxsin pasportu onlardadır: o, 30 yaşlı Tacikistan vətəndaşıdır, hələ etik səbəblərdən adı açıqlanmır. Nəşr iddia edir ki, bu şəxs əvvəllər inzibati xətalar törətdiyinə, xüsusən də Rusiya Federasiyasında 90 günlük vizasız qalma rejimini pozduğuna görə Rusiya “hüquq-mühafizə orqanlarının” diqqət mərkəzinə düşüb.
 

# 4182
avatar

Oxşar yazılar