Minik avtomobili aşdı, sürücü yaralandı
19 oktyabr 2022 07:32 (UTC +04:00)

Minik avtomobili aşdı, sürücü yaralandı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli  kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil  yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, Tovuz rayon sakini 1997-ci il təvəllüldlü İslam Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595

Oxşar yazılar