Mingəçevirdə evdən 20 minlik  oğurluq olub
04 fevral 2023 15:06 (UTC +04:00)

Mingəçevirdə evdən 20 minlik oğurluq olub

Mingəçevirdə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisindəki evlərin birindən 10.000 manat,  3100 ABŞ dolları və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mingəçevir sakini, əvvəllər məhkum olunmuş R.Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1914
avatar

Oxşar yazılar