Mikroavtobusla KAMAZ toqquşdu – ölən və yaralananlar var -FOTO
02 iyun 2022 00:29 (UTC +04:00)

Mikroavtobusla KAMAZ toqquşdu – ölən və yaralananlar var -FOTO

0

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolununun Kürdəmir rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. 

"Mercedes" markalı mikroavtobus onunla əks istiqamətdə hərəkətdə olan "KAMAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes”in sürücüsü, Ağsu rayon sakini 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı dünyalarını dəyişiblər. Bundan başqa "KAMAZ"ın sürücüsü, 53 yaşlı Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və  mikroavtobusda olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3422

Oxşar yazılar