İtaliyada bir qadının meyiti 2 il sonra evində tapılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 70 yaşlı qadının çürümüş cəsədi qonaq otağında stulda oturmuş vəziyyətdə aşkarlanıb.
Onun ölümünün səbəbi məlum deyil. Amma meyitin parçalanma dərəcəsinə görə 2019-da öldüyü müəyyən olunub.
Polis qadının hər hansı qohumunun və ailə üzvünün olub-olmaması ilə bağlı araşdırmalara başlayıb.