Bakı metrosunda sərnişinə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 28-də metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonu soyğunçuluq yolu ilə talanıb.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.