Metroda  qızlardan nalayiq hərəkət:   Tunelə düşüb...
27 aprel 2022 13:25 (UTC +04:00)

Metroda qızlardan nalayiq hərəkət: Tunelə düşüb...

Bakıda iki gənc qız "20 Yanvar" stansiyasında qatar yoluna düşərək tunel istiqamətində qaçıblar. 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Lent.az-a verdiyi məlumata görə, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb.

 Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5298

Oxşar yazılar