Kiyevdə rusiyalı jurnalist Yeqor Belikovdan iki gündür xəbər yoxdur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist və kino tənqidçisi fevralın 23-dən Kopenhagendən Kiyevə gəlib.
Həmin gün Minskə uçmalı olan Belikov bir neçə dəfə polis və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, yoxa çıxmamışdın əvvəl öz “Facebook” səhifəsində həyatının təhlükədə olduğunu bildirib.