Məşhur rus kosmonavtı Oleq Artemyev Moskva yaxınlığındakı Korolyova şəhərinin Boqomolovka küçəsində piyada keçidində bir nəfəri vurub.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, zərərçəkən Kosmonavtların Hazırlanması Mərkəzinin layihələrindən biri olan “Ulduz şəhəri”nin rəhbəridir.
REN TV xəbər verir ki, məşhur astronavt tərəfindən vurulan kişiyə qabırğa və onurğa sütununun sınığı, eləcə də çoxsaylı digər xəsarətlər diaqnozu qoyulub.
Artemyevin özü hələlik insidentlə bağlı açıqlama verməyib.
Sentyabrın sonunda Artemyev bir qrup kosmonavtla birgə umuşdan qayıdıb. Onun qayıtmasından təxminən iki həftə keçir. Ümumilikdə, Artemyev kosmosda bir ildən çox vaxt keçirib.