Moskva vilayətində meşə zolağında qara şortda insan skeleti tapılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, dəhşətli kəşf sentyabrın 14-də Odintsovo rayonunda yerləşən Zaytsevo kəndindəki evlərdən 300 metr aralıda edilib. Qalıqların kişiyə məxsus olduğu bildirilir.
İlkin məlumatlara görə, kişi azı bir il əvvəl dünyasını dəyişib. Polis ekspertizaya göndərilən skeletlə bağlı araşdırmaya başlayıb.