Məsciddə  spirtli içki ilə   foto çəkib paylaşan tutuldu
16 sentyabr 2023 09:24 (UTC +04:00)

Məsciddə spirtli içki ilə foto çəkib paylaşan tutuldu

Türkiyədə məsciddə spirtli içki ilə şəkil çəkdirən saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İstanbulda bir nəfər məscidlərdən birində spirtli içki ilə foto çəkərək sosial şəbəkədə paylaşıb. O, paylaşımına “3200 məsciddən hansı olduğunu tapa bilərlərsə...”, deyə yazıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin S.Y.Ö olduğu ortaya çıxıb. O, saxlanılaraq, istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11502
avatar

Oxşar yazılar