Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq öldürüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.
Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.