Mənzildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisindəki mənzillərin birindən 8600 ABŞ dolları oğurlanıb.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır