Məmuru döyən azərbaycanlının məhkəməsi başlayır
06 mart 2024 14:18 (UTC +04:00)

Məmuru döyən azərbaycanlının məhkəməsi başlayır

Rusiyanın Yekaterinburq şəhərində qızın müdafiəsinə qalxan vəzifəli şəxsə hücum edən 35 yaşlı Azərbaycan vətəndaşı mühakimə olunacaq. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə başlanmış cinayət işi üzrə istintaq başa çatıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, insident 2024-cü il yanvarın 10-da Titov küçəsində törədilib. Hadisə iki avtomobilin toqquşması nəticəsində baş verib.

“Qəzadan sonra avtomobillərdə olan şəxslər arasında münaqişə yaranıb. Aralarında təqsirləndirilən şəxslərin də olduğu bir qrup digər avtomobildə olan qıza qarşı aqressivlik nümayiş etdirməyə başlayıb. Hadisə yerinə gələn vəzifəlilər biganə qalmayıb və qızın müdafiəsinə qalxıb. Daha sonra məmurlardan biri fiziki zorakılığa məruz qalıb”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Artıq prokurorluq ittiham aktını təsdiqləyib. Cinayət işi yaxın vaxtlarda məhkəməyə veriləcək.

“Cinayət işi üzrə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Saxlanılan şəxs Rusiyada qanunsuz olaraq saxlanılıb, buna görə Daxili İşlər Nazirliyinin nümayəndələri ona qarşı inzibati iş açıblar”, - Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri qeyd edib.

# 2424
avatar

Mehman Nəbiyev

Oxşar yazılar