Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR
06 may 2024 11:51 (UTC +04:00)

Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Lent.az-ın xəbərinə görə, mayın 6-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar