Sankt-Peterburqun Kuybışevski Rayon Məhkəməsi yerli striptiz klubunda iclas keçirib.
Lent.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.
Məhkəmə iclasının keçirilməsi barədə qərarı hakim binanın qanunsuz təmiri ilə bağlı işə baxarkən qəbul edib. O, bütün materialları yerində başa düşməyin daha asan olacağına qərar verib.
Məlumata görə, söhbət striptiz klubunun ərazisində icazə alınmadan həyata keçirilən yenidənqurmadan gedir. Rayon İcra Hakimiyyəti tərəfindən təmsil olunan iddiaçı mülkiyyətçilərdən müəssisənin əvvəlki vəziyyətinə qaytarılmasını və ya icazə verən sənədlərin təqdim edilməsini tələb etsə də, lazımi cavab almayıb.
Hazırda işə məhkəmədə baxılır.